İngiltərənin ”Mançester Siti” klubunun norveçli futbolçusu Erlinq Haaland maraqlı açıqlamalarla diqqət mərkəzinə düşüb.
Apasport.az saytı xəbər verir ki, 22 yaşlı hücumçu heç kimlə müqayisə olunmaq istəmədiyini deyib.
Haaland bildirib ki, adının fransalı Kilian Mbappe ilə birgə hallanmasını heç istəmir: “İllərdir hər kəs Messi - Ronaldo rəqabətindən danışır. Məni isə Kilian Mbappe ilə qarşılaşdırmaq istəsələr də, belə bir müqayisənin tərəfdarı deyiləm”.
O, bir oyunda üç qol vurduğu zaman topu da özü ilə evə apardığını qeyd edib. Norveçin “Molde” klubunda oynadığı zamandan bu ənənəni davam etdirdiyini deyən Erlinq vurğulayıb ki, hər het-trik topunu evə aparmaq onun üçün xoş bir duyğudur: “Çünki o toplara baxdıqda, necə çılğınca sevindiyimi xatırlayıram”.
- AKAF ilk dəfə konsept trenajorda avarçəkmə yarışı keçirəcək
- “Naxçıvan”ın baş məşqçisi: “Gün keçdikcə komanda daha da yaxşı çıxış edəcək”
- Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda
- Gimnastlarımız Bolqarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
- “Qarabağ” postsovet məkanı klubları arasında liderdir