Hakandan dubl, "İnter" finalda: Möcüzəvi geridönüş
22.04.2026 - 01:01
İtaliya kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilir.
Apasport.az xəbər verir ki, "İnter" 0:0-ın revanşında "Cüzeppe Meazza"da "Komo"nu qəbul edib.
48 dəqiqədə hesabda 0:2 geriyə düşən "İnter" 20 dəqiqədə 3 qol vuraraq fantastik qələbə qazanıb.
Türkiyəli ulduzu Hakan Çalhanoğlunun dublu ilə əvvəlcə hesabı bərabərləşdirən "göy-qaralar" 89-cu dəqiqədə Suçiçin vurduğu qolla adını finala yazdırıb: 3:2.
Finalda "İnter"in rəqibi "Latsio" - "Atalanta" cütünün qalibi olacaq.
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- Azərbaycanın boks millisi Türkmənistan idmançıları ilə birgə Bakıda hazırlığa başlayıb
- Ancelotti Braziliya millisindən öncə...
- Qurban Qurbanov: “Şahruddin hələ tam hazır deyil”
- Qubada beynəlxalq şahmat festivalına start verilib
0
0