Halandın “Mançester Siti”yə keçidi rəsmiləşdi
13.06.2022 - 15:40
Norveç yığmasının və Dortmund “Borussiya”sının futbolçusu Erlinq Halandın “Mançester Siti”yə keçidi rəsmiləşib.
Apasport.az saytının məlumatına görə, bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.
21 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb. O, 2027-ci ilin yayına qədər Premyer Liqa klubunda çıxış edəcək.
Qeyd edək ki, Halandın keçidinin razılaşdırılması mayın 10-da açıqlanmışdı. Onun keçidi üçün Almaniya klubuna 75 milyon avro ödənilib. Haland bonuslardan əlavə həftədə 350 min funt sterlinq qazanacaq.
- Saldanya: "Vurduğum qollardan sonra özümə inanıram" - MÜSAHİBƏ
- “Zirə” - “DAK 1904” oyunundan əvvəl baş tutacaq mətbuat konfranslarının vaxtı açıqlandı
- Sörlotun gələcəyinə aydınlıq gəlib
- Triatlon üzrə Azərbaycan millisinin yeni baş məşqçisinin təqdimat mərasimi keçirilib
- “Kəpəz” “Karvan-Yevlax”la qarşılaşacaq
0
0