İdmançımız Avropa çempionatında
                    
                    11.01.2024 - 12:58
                        
                    
                    Fiqurlu konkisürmə üzrə Avropa çempionatı başlayıb.
Apasport.az xəbər verir ki, Litvanın Kaunas şəhərində keçirilən yarışın ilk günündə Azərbaycan təmsilçisi Vladimir Litvintsev də çıxış edib. Vladimir 69,72 xalla 20-ci yeri tutub.
O, bu göstərici ilə sərbəst proqramda iştirak hüququ qazanan 24 idmançıdan biri olub.
Qeyd edək ki, kişilərin yarışına yanvarın 12-də yekun vurulacaq. Qadınların mübarizəsi isə sabah başlayacaq.
                                
                                0
                                
                                0