İdmançımız beynəlxalq turnirdə bürünc medal qazanıb
19.04.2024 - 15:56
Azərbaycanın stolüstü tennisçisi Lüksemburqda keçirilən “WTT Youth Contender” turnirində bürünc medal qazanıb.
Apasport.az xəbər verir ki, ilkin mərhələdə Almaniya, Fransa, Lüksemburq və Monqolustan təmsilçilərinə qalib gələn yeniyetmə idmançı qrup səddini lider kimi adlayıb. 1/8 finalda isveçli, 1/4 finalda isə fransalı rəqibini də mübarizədən kənarlaşdıran O.Quluzadə yarımfinalda digər fransalı rəqibinə 2-3 hesabı ilə uduzaraq turnirin bürünc medalına layiq görülüb.
Qeyd edək ki, bu, Onur Quluzadənin cari mövsümdə beynəlxalq yarışlarda qazandığı 5-ci mükafatdır.
- Rail Məlikov: “De Byazinin yerinə xarici məşqçi gətirəcəyiksə, elə özü qalsa yaxşıdır” - Müsahibə
- İngiltərəli forvard Bundesliqanın ən yaxşısı seçildi
- “Mançester Yunayted”dən 100 milyonluq transfer
- Tural Piriyev: "Mingəçevir"in I Liqadakı yerini qoruyub saxlaması əsas hədəfdir"
- Premyer Liqa klubunda ayrılıq - RƏSMİ
0
0