“İmişli” məşqçilər korpusunu UEFA Pro lisenziyalı mütəxəssis Zamir Həsənov ilə gücləndirib.
Apasport.az xəbər verir ki, o, komandada köməkçi məşqçi vəzifəsində fəaliyyət göstərəcək.
Tərəflər arasında 1 illik müqavilə imzalanıb.
Zəngin məşqçilik təcrübəsinə malik Zamir Həsənov uzun illər AFFA-da müxtəlif yaş qrupları üzrə milli komandalarda məşqçi və baş məşqçi kimi fəaliyyət göstərib. O, həmçinin AFFA-nın təhsil departamentində məşqçi-təlimatçı kimi çalışaraq məşqçi hazırlığı prosesinə töhfə verir.
Zamir Həsənov “Şamaxı”, “Şəfa” klublarında, eləcə də “Zirə” FK və “Səbail” FK Akademiyalarında uğurla fəaliyyət göstərərək oyunçu inkişafı və müasir məşq metodikası sahəsində dəyərli təcrübə qazanıb.
Komandanın qapıçılar üzrə yeni məşqçisi Elşad Tahirov olacaq. Fitness məşqçisi vəzifəsini isə Elmir Cəbrayılov yerinə yetirəcək.
- "Neftçi"dən yeni kampaniya: Nəsildən-nəslə ötürülən sevgi!
- Millimizin üzvü: "Seçmə mərhələdəki rəqiblərimiz zəif komandalar deyil"
- DÇ-2022: Bir mundialda ən çox QOL VURANLAR
- A Seriyası: “Roma” evdə, “Napoli” səfərdə qalib gəldi
- Avropa klublarının reytinq cədvəli yenilənib: İlk "20-lik"də 2 türk komandası var