“İmişli”dən yeni transfer
12.08.2026 - 20:29
“İmişli”dən yeni transfer

20 yaşadək Azərbaycan millisinin futbolçusu Ayxan Abbaszadə "İmişli" klubuna keçib. 

Apasport.az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.

Gənc qapıçı ilə 2+1 illik müqavilə imzalanıb.

Peşəkar karyerasına "Turan Tovuz"da başlayan U-20 millisinin üzvü 8 il bu klubun formasını geyinib.