
"Qarabağ"ın futbolçusu Julio Romao Avropa Liqası Liqa mərhələsinin "Olimpiakos"la matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.
Apasport.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi baş tutacaq oyun haqqında fikirlərini bildirdikdən sonra jurnalistlərin suallarını cavablandırıb:
- Oyunun taleyini detallar həll edəcək. Turnir cədvəlinə baxanda görürük ki, "Olimpiakos" daha yaxşı vəziyyətdədir. Aşağı pillələrdə olmağımıza baxmayaraq, sabah yaxşı nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik.
- Oyuna motivasiya olmaq üçün futbolçular olaraq öz aranızda nə danışırsız?
- Bizim üçün hər oyun önəmlidir. Turnir cədvəlindəki vəziyyətdən asılı olmayaraq hər matça müsbət nəticə qazanmaq üçün çıxırıq. Sabah da istisna olmayacaq. Avropa Liqasını daha yuxarı pillələrdə bitirmək üçün çalışacağıq.
- Sizcə, "Qarabağ"ın turnir cədvəlindəki yeri ədalətlidir?
- Mənə görə ədalətlidir. Çünki futbolda rəqibinin səni yaralamağına şərait yaradırsansa, səni yaralayacaq. Bir çox matçlarda yaxşı oynadıq, bəlkə də layiq olmadığımız məğlubiyyətlər yaşadıq. Sabah son oyunumuzdur. Turniri layiqli şəkildə bitirmək üçün əlimizdən gələni edəcəyik.
- Sevgilisini zorlamada ittiham olunan futbolçu bəraət aldı
- Azərbaycan səfərdə Slovakiyaya qalib gəldi - C liqasında yerimiz təmin olundu
- Messinin Mayamidəki muzeyi apreldə açılacaq
- "Beşiktaş"dan 2 transfer - Rekord məbləğ
- Dünya çempionatının nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO