"Qarabağ"ın hücumçusu Olavio Juninyonun son durumu bəlli olub.
Apasport.az-a daxil olan məlumata görə, həkim müayinəsindən sonra futbolçunun zədəsinin elə də ciddi olmadığı müəyyən edilib.
Məlumatda qeyd edilib ki, bu gün braziliyalı futbolçunun istirahət günüdür: "Juninyonun "Neftçi" ilə oyunda iştirakı sabah dəqiqləşəcək. Yenidən həkim müayinəsi olacaq və bundan sonra yekun qərar veriləcək" .
Xatırladaq ki, 27 yaşlı forvard Premyer Liqanın XXIII turundan təxirə salınan "Qəbələ" ilə səfər matçında zədələnib.
Qeyd edək ki, "köhlən atlar" XXV turda - martın 3-də "Neftçi"nin qonağı olacaq.
- “Heydər Əliyev Kuboku-2024” turnirinin açılış mərasimi baş tutub
- “Barsa” Braziliya millisinin üzvü ilə müqavilə yeniləyəcək
- "Turan Tovuz" rəsmisindən De Blekerin açıqlamasına kinayəli cavab - FOTO
- "Qarabağ" Çempionlar Liqasından nə qədər qazanıb?
- Azərbaycan Premyer Liqasında yanvar ayının qolu seçildi