“Kadis”i təhlükəli zonadan uzaqlaşdıran qələbə
20.05.2023 - 01:27
Autsayderlər qrupunda qərarlaşan komandaların duelində “Kadis” 3 xalı xanasına yazdırıb.
Apasport.az-ın məlumatına görə, komanda öz meydanında “Valyadolid”dən güclü olub.
Eyni xala malik rəqibləri düşmə zonasından cəmi bir xal ayırırdı. “Kadis” qələbə sayəsində vəziyyətini xeyli yaxşılaşdırıb. Komanda xallarının sayını 38-ə yüksəldib.
Qeyd edək ki, ardıcıl 5 oyunda uduzan “Valyadolid”in hesabında 35 xal var.
35-ci tur
“Kadis” – “Valyadolid” –2:0
- Tərlan Əhmədov yoxsa Adil Şükürov? - "Səbail" üçün namizədlər
- Almaniyada kişilərdən ibarət futbol komandasına qadın baş məşqçi təyin edildi
- Dadaşov Almaniyada növbəti qolunu vurdu
- Azərbaycan Kubokunun II təsnifat mərhələsinin proqramı açıqlanıb
- "Hakken"in baş məşqçisi: "Əsl İsveç havasıdır - yağışlı, küləkli... "
0
0