“Neftçi”nin prezidenti Kamran Quliyev veteran futbolçu, “Neftçi-2”nin sabiq baş məşqçisi Mahmud Qurbanovu 50 illik yubileyi münasibətilə təbrik edib.
Apasport.az xəbər verir ki, yubilyara ən xoş arzularını çatdıran klub rəhbəri ona xatirə hədiyyəsi təqdim edib.
Mahmud Qurbanov 1996-1997, 2004-2005-ci illər ərzində “Neftçi”nin heyətində 72 oyun keçirib, 6 qol vurub. “Neftçi” ilə Azərbaycan çempionatının (1997, 2004, 2005) və kubokunun (2004) qalibi olmuş “Professor” ləqəbli futbolçu 2018-2022-ci illərdə “Neftçi-2”ni çalışdırıb və 2020/2021 mövsümündə əvəzedici komandamızla I Divizionun qalibi olub.
- PSJ-dən mükəmməl geridönüş, “Real”dan darmadağın - YENİLƏNİB
- “Bodo Qlimt” – “Qarabağ” oyununun biletləri satışa çıxarılıb
- Bundesliqadan Premyer Liqaya - RƏSMİ
- Bakıda Böyük İpək Yolu beynəlxalq turniri keçiriləcək
- Azərbaycan badmintonçularının Paris-2024 Yay Olimpiya Oyunlarındakı rəqibləri müəyyənləşib