DÇ-2022-nin 1/8 final mərhələsindən sonra milli komandada ən çox oyun keçirən futbolçuların siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, cədvəldəki yeganə azərbaycanlı futbolçu Rəşad Sadıqovun mövqeyi dəyişib.
Millimizin sabiq kapitanı 2 pillə geriləyib. Bu, iki futbolçunun yığmada 111 matç keçirən “14 nömrə”ni keçməsi ilə bağlıdır.
Hazırda Sadıqov dünyada 332-ci yeri bölüşür. Onu arxada qoyan futbolçular isə Braziliya millisinin kapitanı Tyaqo Silva və İsveçrə yığmasının oyunçusu Cerdan Şakiridir. Bu futbolçular 1/8 finalda 112-ci dəfə milli forma geyinib.
İsveçrə yığmasının kapitanı Qranit Caka isə 111-ci oyununa çıxıb. O, təmsilçimizə yeni şərik olub.
Qeyd edək ki, 1/8 finalda Braziliya Cənubi Koreyaya 4:1 hesabı ilə qalib gəlibsə, İsveçrə Portuqaliyaya uduzub – 1:6.
- "Zirə" onunla müqaviləni pozdu
- Mikels qərarını verdi: Azərbaycan klubundan imtina etdi
- Futbola görə yaranan iğtişaşa görə Fransada 170 adam saxlanılıb
- İtaliyalı prezident: "Rusları Bakıya buraxmaqla təsnifatı korlamış olacağıq"
- “Neftçi” və “Qəbələ”nin fərqli şakəri, “Qarabağ”la “Zirə”də nisbi tarazlıq