Misli Premyer Liqasının X turunun "Sabah" - "Qəbələ" matçından (1:0) sonra qonaqların baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
“Futbolçularıma təşəkkür edirəm, yaxşı oyun göstərdik. Bəxtimiz gətirmir. Əminəm ki, qarşıdakı oyunlarda bəxtimiz gətirəcək. İlk hissədə yaxşı oynadıq. Rəqib standart vəziyyətdən qol vurdu. İkinci hissədə də xarakter göstərdik. Əlimizə düşən imkanları dəyərləndirə bilmədik. İkinci hissədə irəli gedəndə rəqibi əks-hücumlara buraxdıq. Futbolçulara bir daha təşəkkür edirəm. Nəticə mütləq gələcək. İkinci hissədəki xarakteri ilk hissədə də göstərə bilsəydik, fərqli olardı. Yaxşı oynayırıq və nəticə gələcək”.
- Parataekvondoçumuz beynəlxalq turnirdə bürünc medal qazanıb
- “Beşiktaş” iki futbolçusunu heyətdən kənarlaşdırıb - SERGEN YALÇININ İSTƏYİ İLƏ
- "Bakı" və "Azəryol" Azərbaycan Kubokunun finalında qarşılaşacaqlar
- “Bayer 04” son saniyələrdə məğlubiyyətdən qurtuldu
- Siyasət Əsgərov: “Məqsədimiz qələbə qazanmaqdır”