“Klubda əhval-ruhiyyə tam yerindədir. Sabah sonadək mübarizə aparacağıq”.
Bu sözləri apasport.az saytına açıqlamasında Kənan Kərimov deyib.
“Karvan”ın baş məşqçisi “Qəbələ” ilə matç barədə düşüncələrini bölüşüb: “Əsas rəqiblərimizindən biri ilə qarşılaşacağıq. Bu oyuna maraq çox böyükdür. Futbolçularım da görüşün nə dərəcədə əhəmiyyətli olduğunu dərk edirlər. Öz evimizdə oynayırıq. Doğma meydan amili də xeyrimizədir. Azarkeşlərimizə güvənirik. Onlar da gəlib komandamızın yanında olacaqlar. Düzdür, bəzi oyunçularımız hazırda zədəlidir. Lakin çalışacağıq ki, onlar da sabahkı görüşə kimi hazır olsunlar. Futbolçularıma inanıram. Ümid edirəm ki, inamlı oyunumuz ilə öz mövqeyimizi qoruyacağıq”.
Qeyd edək ki, “Karvan” - “Qəbələ” matçı sabah Yevlax şəhər stadionunda keçiriləcək.
İsmayıl Xeyrullayev
- Bakıda keçiriləcək Avropa Atletikası CEO Konsfransı ilə bağlı görüş baş tutub
- “Fənər” evdə məğlub oldu, AL-də günün nəticələri - YENİLƏNİB
- “Beşiktaş”ın müdafiəçisi Liqa 1 klubunun hədəfində
- Fatih Terimin komandası azarkeşlərə hədiyyə paylayacaq
- Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar