"Kəpəz" daha bir futbolçu ilə vidalaşıb
29.06.2025 - 11:14
"Kəpəz" daha bir futbolçusu ilə yolları ayırıb.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tural Rzayevlə başa çatan müqavilə yenilənməyib.
"Kəpəz"in yetirməsi olan Rzayev komandada 2015-2016-cı illər mövsümdə debüt edib. O, "sarı-göylər"in heyətində 6 mövsüm keçirib. Bu müddətdə o, 122 oyuna çıxıb və 1 qol vurub.
Qeyd edək ki, "Kəpəz" bundan əvvəl Trent Buhagiar, Rati Ardazişvili, Kərim Lkoça, Yeqor Xvalko, Dioqo Verdaşka, Rojerio Santos və Valdemar Almeyda ilə yolları ayırıb.
- Rail Məlikov: “Neftçi” azarkeşlərin rəyini dəyişmək üçün “Qarabağ”ı udmalıdır”
- ABŞ İBA-dan çıxdı
- "Brayton" Belçika millisinin üzvünü transfer edib
- “Heydər Əliyev kuboku-2025” turnirinin açılış mərasimi keçirilib - FOTO
- Azərbaycanın çimərlik güləşçiləri Dünya Seriyasının II mərhələsində iki medal qazanıblar
0
0