“Kəpəz” millinin sabiq hücumçusu ilə müqaviləni açıqladı
23.07.2022 - 10:10
“Kəpəz” daha bir futbolçu transferini açıqlayıb.
Apasport.az saytının klubun mətbuat xidmətinə istinadən məlumatına görə, hücumçu Rauf Əliyevlə münasibətlər rəsmiləşdirilib.
“Səbail”dən ayrıldıqdan sonra klubsuz qalan Azərbaycan millisinin sabiq forvardı yeni mövsümdən Gəncə klubunun formasını geyinəcək. 33 yaşlı oyunçu “Kəpəz”lə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, “Kəpəz” Premyer Liqada ilk oyununu öz meydanında “Zirə”yə qarşı keçirəcək. I turun matçları avqustun 5-7-də keçiriləcək.

- Birinci Liqa klubuna danışılmış oyunlarla bağlı seminar keçirilib
- "Sabah"ın sabiq qapıçısının yeni ünvanı bəlli olub
- Millimizin Avropa Qızıl Liqasına hazırlıqlarına start verilib
- Qış transfer pəncərəsinin açılacağı tarix məlum olub
- Polad Rzayev ölkəmizi paralimpiyanın dağ xizəyi növündə təmsil edəcək
0
0