"Kəpəz" millinin sabiq üzvünü heyətinə qatıb
22.01.2026 - 12:31
"Kəpəz" daha bir futbolçunun keçidini həll edib.
Apasport.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb.
"Sarı-göylər" Rəhman Hacıyevi heyətinə qatıb. 32 yaşlı cinah yarımmüdafiəçisi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Rəhman Hacıyev mövsümün ilk yarısını "Səbail" klubunda keçirib.
Qeyd edək ki, Hacıyev milli komandanın heyətində 9 oyuna çıxıb.
- “Qarabağ”ın mümkün rəqibləri müəyyənləşdi: “Qalatasaray” və ya “Olimpiya”
- Rəşad Sadıqov: “Qələbələri qeyd etməyə vaxtımız yoxdur”
- İran Futbol üzrə Dünya Çempionatında iştirak etməyəcək
- Bəxtiyar Həsənalızadənin komandasının prezidentini həbs cəzası gözləyir
- Avropa çempionatının pley-off mərhələsində Azərbaycan millisinin rəqibi bəlli olub
0
0