AFFA-nın İntizam Komitəsi U-17 Liqasında yaşanan xoşagəlməz hadisənin günahkarları cəzalandırıb.
Apasport.az saytının məlumatına görə, insident V turun “Kəpəz” – “Qarabağ” oyununda baş verib.
Görüşün 86-cı dəqiqəsində bir qrup futbolçunun iştirakı ilə kütləvi dava-dalaş baş verib. Nəticədə hakim 7 nəfərə - “Kəpəz”in qapıçısı Cəfər Abbasov, futbolçuları Ülvi Cabbarov, Hüseyn Hüseynov, Qaya Nəsibov, həmçinin “Qarabağ”ın oyunçuları Elton Babazadə, Kamil Sadiqov, Sabir Rzazadə qırmızı vərəqə verib.
AFFA bu oyunçuların hamısını cəzaya layiq görüb. Hər oyunçu 6 matçlıq diskvalifikasiya edilib.
- DÇ-2026: Niderland millisinin heyəti bəlli oldu
- Azər Bağırov: “Bununla bağlı ölçü götürüləcək”
- “Neftçi”nin yeni transferi: “Bura gəlmək mənim üçün prioritet idi” - VİDEO
- İdmançının valideyni od püskürdü: Mənə əsəbiləşdilər, uşağımı millidən kənarlaşdırdılar
- Valverde “Atletik”i tərk edəcək - MÖVSÜMÜN SONUNDA