“Kəpəz”dən ayrılan müdafiəçi “Səbail”də
05.06.2023 - 21:07
“Kəpəz”dən ayrılan Yusif Nəbiyev özünə yeni klub tapıb.
Apasport.az saytının məlumatına görə, 26 yaşlı müdafiəçi Bakı klubuna keçib.
Arxa xətt oyunçusu “Səbail”lə müqavilə imzalayıb. O, növbəti 1 ildə Şahin Diniyevin sərəncamında olacaq.
Qeyd edək ki, Nəbiyev Premyer Liqanın son mövsümündə 34 oyun keçirib və 2 qol vurub.
- Stend atıcılığı üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib
- "Neftçi" azarkeşlərinə görə ziyana düşdü - 13 min manat
- Andrade üçün Bakıya gəldilər - Qışda "Qarabağ"ı tərk edə bilər
- Mariana Vasileva Azərbaycan Atletika Federasiyasının idman işləri üzrə direktoru təyin olunub
- Mbappe 100 milyona çatdı
0
0