"Kəpəz"in yay hazırlıq planı bəlli oldu
21.06.2024 - 13:16
"Kəpəz" mövsümlərarası hazırlıq üçün ölkə xaricinə yollanmayacaq.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Adil Şükürovun çalışdırdığı kollektiv iyunun 22-dən yeni mövsümün hazırlığına start verəcək. Məşqlər Gəncədə keçiriləcək.
Komandanın hazırlıq planı ilə bağlı daha geniş məlumatın qarşıdakı günlərdə veriləcəyi bildirilib.
Qeyd edək ki, "Kəpəz" ötən mövsümü 35 xalla 9-cu pillədə başa vurub.
- Qurban Qurbanov: "Ayxan Abbasovun komandasına qarşı oynamaq heç vaxt asan olmayıb"
- Kişi həndbolçular arasında Azərbaycan çempionu müəyyənləşib
- Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb
- Millinin baş məşqçisi: "Qarşıda bizi çox iş gözləyir"
- "Sumqayıt"ın Konfrans Liqasındakı rəqibi növbəti qələbəsini qazanıb
0
0