Yaponiya futbolunun canlı əfsanəsi Keysuke Honda karyerasını bitirmək niyyətində deyil.
Apasport.az saytının məlumatına görə, Kamboca millisinin baş meneceri kimi fəaliyyət göstərən 36 yaşlı yarımmüdafiəçi elə bu ölkədə oynamağı düşünür.
Hazırda zədəsini sağaltmaqla məşğul olan “Neftçi”nin sabiq oyunçusu yaxın gələcəkdə Kamboca Premyer Liqasında çıxış etmək fikrində olduğunu gizlətməyib.
Honda hazırda eyni zamanda Kambocada “Soltilo Familia Soccer” məktəbinin və II liqada çıxış edən “Soltilo Angkor”un sahibidir.
Qeyd edək ki, Keysuke Honda 2021-ci ilin martından iyununa qədər “Neftçi”nin şərəfini qoruyub, bu komanda ilə Azərbaycan çempionu olub.
- Boksçumuz Avropa Oyunlarının 1/4 finalında - FOTOLENT
- Qəbələdə qolsuzluq, “Qarabağ”dan darmadağın - YENİLƏNİB
- 17 ildir tikintisi yarımçıq dayandırılan Şirvan şəhər stadionu - VİDEO
- Qubada cüdo məşqçiliyi üzrə təhsil alan tələbələr üçün nəzəri dərslərə start verilib - FOTO
- “Bavariya”dan son 23 ilin antirekordu