Klubu razıdır, özü narazı: "Neftçi" əlcəzairlini yola gətirməyə çalışır
10.09.2025 - 16:18
Klubu razıdır, özü narazı: "Neftçi" əlcəzairlini yola gətirməyə çalışır

"Neftçi"nin Belçikanın "La Luvr"un klubunun hücumçusu Muhamed Belxeiri istədiyi barədə xəbər vermişdik.

Apasport.az saytına etibarlı mənbədən daxil olan məlumata görə, "ağ-qaralar" əlcəzairli hücumçunu razı salmağa çalışır.

"La Luvr" 26 yaşlı forvardını "Neftçi"yə satmağa razıdır və müəyyən təzminat qarşılığında onunla yollarını ayırmağa müsbət yanaşır.

Lakin futbolçu özü Azərbaycanda oynamaq niyyətində deyil.

İndiki məqamda əsas məsələ məhz forvardın özünü çempionatımızda oynamağa razı salmaqdır.

Bu baş verərsə, Belxeir elə bu gün də "Neftçi" ilə rəsmi müqavilə imzalaya bilər.