Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, tədbirdə Azərbaycanın 3 klubu - "Zirə", "Sumqayıt" və "Sabah"ın da potensial rəqibləri bəlli olub.
"Bayquşlar" turnirin II təsnifat mərhələsində "Makkabi" (İsrail) səddini aşacağı təqdirdə, "Vaduts" (Lixtenşteyn) - "Sent-Patriks Atletik" (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
Rəşad Sadıqovun yetirmələri "Osiyek" (Xorvatiya) - "Levadiya" (Estoniya) cütünün, Samir Abasovun komandası isə Macarıstanın "Fehervar" kollektivini üstələyərsə, "Omonia" (Kipr) - "Torpedo" (Kutaisi, Gürcüstan) cütünün qalibi ilə üz-üzə gələcək.
Xatırladaq ki, "Zirə" II təsnifat mərhələsində "DAK-1904" (Slovakiya) kollektivinin müqavimətini qırmağa çalışacaq.
Qeyd edək ki, UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin matçları avqustun 8-də və 15-də baş tutacaq.
- Orxan Hüseynov: “Daha yaxşı nəticə əldə etmək şansımız çoxdur”
- Qurban Qurbanov: “Böyük klubların bizə ciddi yanaşması sevindirici haldır”
- Azərbaycan Avstriyanı məğlub edib, qrup ikincisi oldu
- Adil Şükürov: “Azərbaycan tarixinin ən zəif komandası kimi yaddaşlarda iz qoyacaq”
- “Neftçi” qapıçısını itirdi