Konfrans Liqası: “Zirə” “Makkabi” ilə qarşılaşacaq
15.06.2022 - 15:19
Ölkəmizi Konfrans Liqasında təmsil edəcək daha bir klubun rəqibi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq “Zirə”nin kiminlə üz-üzə gələcəyi bilinib.
Premyer Liqanın bürünc mükafatçısı və Azərbaycan kubokunun finalçısı ilk duelini “Makkabi”yə (Təl-Əviv, İsrail) qarşı keçirəcək.
Rəşad Sadıqovun kollektivinin birinci oyunu evə təsadüf edəcək.
Konfrans Liqasında II təsnifat mərhələsinin görüşləri iyulun 21-də və 28-də keçiriləcək.
- "Qarabağ" qapıçı transfer edə bilmədi – son 6 saat...
- “Qızıl top”un sahibi: "Bir gün vətənə qayıdıb, orada yenidən oynaya biləcəm"
- Afrika Millətlər Kuboku: Mozambik Qabonu, Sudan Ekvatorial Qvineyanı məğlub edib
- Vaqif Cavadov: “Rəqib “Qarabağ”dır, “Neftçi”də təzyiq var”
- Cüdoçumuz Zaqreb Qran-Prisində bürünc medal qazanıb
0
0