
Bu gün Krakov-2023 III Avropa Oyunlarında qılıncoynatma yarışlarına start verilib.
Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının kişi sablyaçıları da medallar uğrunda mübarizə aparıb.
Dörd idmançımızdan ikisi - Murad Əkbərov və Saleh Məmmədov qrup mərhələsini adlayaraq 1/32 finala yüksəlib. Maqsud Hüseynli və Ayxan Xasıyev isə medal arzusu ilə erkən vidalaşıb.
1/32 final səddi sablyaçılarımız üçün keçilməz olub. Murad ispaniyalı İnaki Bravoya 9:15, Saleh isə polşalı Pyotr Şepanikə 5:15 hesabı ilə uduzub.
Qeyd edək ki, bu gün baş tutan qadın rapiraçıların yarışında Azərbaycan təmsil olunmayıb.
- Cəfərov millimizin AÇ-də "qızıl" həsrətinə son qoydu
- Dünya çempionumuz: "Qazandığım uğur digər qadın güləşçilərimizin də yolunu açacaq"
- "Zirə" rəhbərliyi Türkiyə Futbol Federasiyasının prezidenti ilə görüşdü
- "Bunu problem kimi yox, şans kimi görərdim" - Poçettino
- Mariya Stadnik və Hacı Əliyev Polşada güləşəcək