Krakov-2023: Əliəkbərov 10-cu oldu
22.06.2023 - 15:36
Krakov-2023 III Avropa Oyunları çərçivəsində keçirilən atletika üzrə komandalararası qitə çempionatı davam edir.
Apasport.az saytının məlumatına görə, III divizionda çıxış edən Azərbaycan yığmasının daha bir üzvü qaçış zolağına çıxıb.
Kişilərin 200 m məsafəyə qaçışında Aleksey Əliəkbərov mübarizə aparıb. B qrupunda yer alan təmsilçimiz finişə 22,25 saniyəyə çatıb.
O, “altılıq”da 2-ci olub. Aleksey yekunda 10-cu yeri tutub.
Qeyd edək ki, III divizionda yarışlara bu gün yekun vurulacaq.
- “Fehervar”ın baş məşqçisi: “İstədiyimizi göstərə bildik”
- "Liverpul" cavab oyununda 1/16 finala çıxdı
- "Araz-Naxçıvan"ın oyunçusu: "Biz sübut etdik ki, bu yerə elə-belə gəlməmişik" - Müsahibə
- Azər Bağırov: “Araz-Naxçıvan”da böyük işlər gördüm, özü də qısa vaxtda" - MÜSAHİBƏ
- Olimpiya çempionu Hidayət Heydərov "Neftçi"nin qonağı olub
0
0