Krakov-2023: Nəsirovadan 25-ci yer
26.06.2023 - 12:54
Krakov-2023 III Avropa Oyunlarında atıcıların mübarizəsi davam edir.
Apasport.az saytının məlumatına görə, bu gün qadınların tapançadan 25 m məsafədən atəş açma yarışında təsnifat mərhələsi başa çatıb.
Azərbaycan təmsilçisi Nigar Nəsirova da hədəf önünə keçib. O, təsnifatda iki günün yekununda 568 xal toplaya bilib. Nəsirova 35 iştirakçı arasında 25-ci yeri tutub. Bununla final raunduna yüksələ bilməyən snayperimiz mübarizəni dayandırıb.
Qeyd edək ki, final mərhələsinə 8 atıcı yüksəlib.
- Azər Həşimov: "Heç kim "Karvan"a 3 xal gözüylə baxmasın"
- Avropa çempionatına 5 medalla start
- "Fənərbaxça" qərarını verdi: Yeni transferlərdən 2-si Avropada oynayacaq
- Vüsal İsgəndərli: "Boluspor"da daha bir neçə azərbaycanlı futbolçunun olmasını istəyərdim" - Müsahibə
- Aleks De Souza Super Liqaya qayıtdı
0
0