Kurban Berdıyev “Rubin” klubunun qonağı olub
28.04.2025 - 10:16
Kurban Berdıyev “Rubin” klubunun qonağı olub

"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev “Rubin” klubunun qonağı olub.

Apasport.az xəbər verir ki, o, Rusiya Premyer Liqasının XXVI turunda keçirilən “Rubin” - “Fakel” oyununda “Ak Bars Arena”da adına verilən sektorun açılışında iştirak edib.

Kurban Berdıyev rəmzi olaraq oyunda topa ilk toxunuşu yerinə yetirib.

Ona “Rubin”in prezidenti Marat Safiullin tərəfindən xatirə hədiyyəsi təqdim olunub.