Kvabena Ovusunun DÇ-2022 arzusu baş tutmadı
05.11.2022 - 09:00
Qana millisinin dünya çempionatı üçün ilkin heyəti müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, baş məşqçi Otto Addo 55 nəfərlik siyahı açıqlayıb.
“Qarabağ”ın hücumçusu Kvabena Ovusunun yığmaya çağırılması gözlənilsə də, çalışdırıcı ona ehtiyac duymayıb. Bu isə o deməkdir ki, 25 yaşlı forvardın Qətərdə keçiriləcək mundialda iştirak etmək arzusu baş tutmayacaq.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-də start götürəcək. Qana millisi H qrupunda Portuqaliya, Uruqvay və Cənubi Koreya ilə mübarizə aparacaq.
- "Böyük Dəbilqə": Rəcəbov və Bağırov növbəti mərhələdə, Kokauri mübarizəni dayandırıb
- Şahmatçımız erməni rəqibinə qalib gəlib
- Jurnalistləri söyən italyan və tarix yazan çeçen - Qazaxıstanın uğurunun memarı
- Türkiyə çempionu millimizin hücumçusunu istəyir
- Boksçumuz erməni rəqibinə qalib gəldi - BEYNƏLXALQ TURNİRDƏ
0
0