Kyeza İtaliyaya qayıtmaq istəyir
29.12.2024 - 11:26
“Liverpul”un futbolçusu Federiko Kyeza İtaliyaya qayıtmaq istəyir.
Apasport.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. 27 yaşlı oyunçu “qırmızılar”da az şans qazanır və yenidən formasına qayıtmaq üçün İtaliya klublarından birinə icarəyə verilə bilər.
“Napoli”, “İnter” və “Fiorentina” Kyeza ilə maraqlansa da, hələ rəsmi müraciət etməyiblər.
İtaliyalı futbolçu bu mövsüm “Liverpul”da 4 oyunda meydana çıxıb.
- “Mançester Yunayted”in futbolçusu Bundesliqanın bir addımlığında
- “Araz-Naxçıvan”ın kapitanı: “100-cü oyunumu keçirdiyimi bu gün dostlarımdan öyrəndim”
- Azərbaycan Kuboku: 1/4 finalçılar bəlli oldu - YENİLƏNİB
- Azərbaycan Avropa üzrə Regional Simpoziumuna ev sahibliyi edəcək
- "Qalatasaray" 6 qolla qalib gəldi
0
0