İtaliyalı futbolçu Federiko Kyeza "Liverpul"dan ayrılmaq istədiyini klub rəhbərliyinə bildirib.
Apasport.az xəbər verir ki, 26 yaşlı cinah oyunçusu son mövsümdə oynadığı məhdud müddətdən və komandanın taktiki planlarındakı rolundan narazıdır.
Kyezanın mövsüm ərzində start heyətdə özünə az yer tapması onun ayrılıq qərarına təsir edən əsas səbəbdir. Oyunçu daimi forma şansı əldə etdiyi bir kluba keçməyə isti baxır.
Transfer bazarında bir neçə Avropa klubu, xüsusilə İtaliya A Seriyasının nəhəngləri artıq Kyezaya maraq göstərməyə başlayıb.
"Yuventus"un da keçmiş oyunçusunu geri qaytarmaq planı olduğu bildirilir.
- Murat Sancak: “Məni nə Ali Koç, nə də Türkiyənin ən zəngin adamı ala bilər”
- “Qarabağ” - “Sabah” matçında bərabərlik - YENİLƏNİB
- Qurban Qurbanov: "Görsək ki, Azərbaycan futboluna faydası var, lazımi addımı atacağıq"
- "Fənərbaxça"nın sabiq baş məşqçisi Premyer Liqa yolunda
- "Arsenal" hücumçusunu satacaq