"Barselona"nın prezidenti Joan Laporta hakimlərin Kataloniya klubuna kömək etməsi ilə bağlı ittihamlara münasibət bildirib.
Apasport.az xəbər verir ki, klub rəhbəri "Football Espana"ya açıqlamasında deyib: "Hər kəsə aydın olsun ki, "Barselona" heç vaxt hakimlərə rüşvət verməyib və bu cür niyyətimiz olmayıb. Qətiyyən. Faktlar tarixi dəyişdirməyə çalışanlarla ziddiyyət təşkil edir".
Xatırladaq ki, daha əvvəl "Barselona"nın İspaniyanın Futbol Federasiyasının hakimlər departamentinin keçmiş rəhbəri Enrikes Neqreyraya rüşvət verməsi ilə bağlı xəbərlər yayılıb. Bu səbəbdən də "Barselona" rəhbərliyi məhkəməyə verilib.
- Cüdoçularımız Avropa kubokunu 5 medalla başa vurublar
- Mirəli Seyidovun xatirəsinə həsr olunmuş karate turniri başa çatıb
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Pioli Səudiyyə Ərəbistanı klubuna keçəcək
- Ronaldo Nadalla şərik oldu: Restoran biznesinə girişdilər