
“Bütün köməkçilərim hazırda buradadırlar”.
Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin yeni baş məşqçisi Laurentsiu Regekampf deyib.
Rumıniyalı çalışdırıcı bildirib ki, bütün köməkçilərini özü ilə Bakıya gətirib. 47 yaşlı çalışdırıcı yerli məşqçi ilə birgə çalışmağın da əleyhinə olmadığını bildirib: “Əvəzedici heyətin baş məşqçisi ilə yaxından əməkdaşlıq edəcəyəm. Çünki klubdakı hər bir gənc oyunçu haqda məlumat toplamalıyam. Qərar versək ki, məşqçi heyətimdə yerli mütəxəssis də işləməlidir, bu mövzuda heç bir problem yoxdur”.
Qeyd edək ki, Laurentsiu Regekampf "Neftçi" ilə 2 illik müqavilə imzalayıb.
- Qurban Qurbanov: “Açıqlama veriləsi sual deyil”
- "Araz"ın kapitanı: "Qrupumuzun ən reytinqli komandasıyıq"
- "Lənkəran"ın legioneri: "Birlikdə oynadıqca komandamız daha güclü və yaxşı olur"
- "Sumqayıt" - "Qarabağ" matçında mövsümün rekordu qırıldı
- Sabiq baş məşqçi: “Premyer Liqada mübarizə 2-ci yer uğrunda olacaq”