Polşanın “Lex” klubu Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”la oyun üçün yola düşüb.
Apasport.az xəbər verir ki, bu barədə Poznan təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Niderlandlı mütəxəssis Con van den Bromun başçılıq etdiyi kollektiv artıq Polşanı tərk edib. Bakıya uçuşun təxminən 4,5 saat çəkməsi gözlənilir. Bu gün saat 19:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda komandanın oyunöncəsi son məşqi olacaq.
Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” – “Lex” görüşü saat 20:00-da başlayacaq. Komandalar arasında Poznandakı ik matçda ev sahibləri 1:0 hesablı qələbə qazanıb.
- AFFA rəsmiləri “Bağçalarda Futbol Dərsi” layihəsi çərçivəsində Türkan qəsəbəsində olublar
- Qurban Qurbanov: “Belə meydançada oynamağa necə icazə verilir?”
- Azərbaycanın kayak və kanoeçiləri Gürcüstanda beynəlxalq turnirə qatılacaqlar
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- Premyer Liqa klubunun baş məşqçisi istefa verib