“Liverpul” Nunyesdən əl çəkmir
09.06.2022 - 21:47
“Liverpul” “Benfika”nın hücumçusu Darvin Nunyesdən əl çəkmir.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa klubu uruqvaylı forvard uğrunda mübarizədən qalib ayrılmaq üçün danışıqları intensivləşdirib.
23 yaşlı oyunçu “qırmızılar”ın yay fasiləsində əsas transfer hədəfidir. Portuqaliya klubu ilkin danışıq zamanı qarşı tərəfdən 100 milyon avro istəyib. Forvard özü də bir neçə təklifi olmasına baxmayaraq, məhz “Liverpul”un formasını geyinmək niyyətindədir.
Qeyd edək ki, Darvin Nunyes ötən mövsüm “Benfika”nın heyətində 41 oyunda 34 qol vurub, 4 məhsuldar ötürmə verib.
- Azərbaycan Kubokunun 1/4 finalının ilk oyunlarının cəzaları bəlli oldu
- ATF rəhbərliyi Avropa Oyunlarına yollanan yığma ilə görüşdü
- Azərbaycan badmintonçularının Paris-2024 Yay Olimpiya Oyunlarındakı rəqibləri müəyyənləşib
- “Qarabağ”ın rəqibləri müəyyənləşdi - YENİLƏNİB
- Ramin Əhmədov: "Limitin ləğv edilməsi bəlkə də yaxşıdır"
0
0