Lukaku millidən kənarlaşdırılıb
25.03.2026 - 23:43
"Napoli"nin hücumçusu Romelu Lukaku Belçika milli komandasının heyətindən kənarlaşdırılıb.
Apasport.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
32 yaşlı forvard zədədən sonra formasını yaxşılaşdırmaq üçün klubun Neapoldakı bazasında məşqlərini davam etdirəcək. Lukaku bu mövsüm "Napoli"nin heyətində cəmi 7 matçda meydana çıxıb və 1 qol vurub.
Qeyd edək ki, Belçika yığması iki yoldaşlıq oyunu keçirəcək. "Qırmızı şeytanlar" martın 28-də ABŞ seçməsi ilə, aprelin 1-də isə Meksika ilə qarşılaşacaq.
- AFFA liqa oyunlarını təxirə saldı
- Şahruddin Məhəmmədəliyev: “Məni sevib-sevmədiklərini özlərindən soruşa bilərsiniz” - Müsahibə
- Autsayder "Mançester Siti"ni Liqa Kubokundan uzaqlaşdırdı
- “Neftçi” Türkiyəyə yollanır – hazırlığın ikinci mərhələsi üçün
- Dünya çempionatının keçici bayrağı Azərbaycana təqdim olundu
0
0