Lunyov “Qarabağ”da
19.08.2023 - 21:07
“Qarabağ” rusiyalı qapıçı transfer edib.
Apasport.az-ın məlumatına görə, Azərbaycan çempionu Andrey Lunyovla müqavilə imzalayıb.
32 yaşlı qapıçı Ağdam klubuna sərbəst agent kimi qoşulub. “Qarabağ” Lunyovun müqaviləsinin detalları barədə rəsmi məlumat verməyib. Rusiyalı qolkiperlə 1+1 illik müqavilə bağlandığı bildirilir.
Qeyd edək ki, may ayında Leverkuzen “Bayer”indən ayrılan Lunyov “Torpedo”, “İskra”, “Saturn”, “Ufa” və “Zenit” kimi klublarda da çıxış edib.
- Krakov-2023: Əzizova 1/8, Qafarov 1/4 finalda uduzdu - YENİLƏNİB
- Qonçarenko “Neftçi” ilə müqavilə bağlamaq üçün Bakıya gəlir
- Zirədəki matçdan sonra vərəqə alan futbolçular müəyyənləşdi - VİDEO
- İspaniya məhkəməsi Ronaldo barəsində həbs qərarı çıxardı
- DÇ-2026: Türkiyə millisinin rəqibi bəlli oldu - YENİLƏNİB
0
0