Macarıstanlı müdafiəçi "Qarabağ"da - RƏSMİ
03.07.2026 - 17:15
Macarıstanlı müdafiəçi "Qarabağ"da - RƏSMİ

2026/27 mövsümünün transfer çalışmalarını davam etdirən "Qarabağ" növbəti futbolçu keçidini gerçəkləşdirib.

Apasport.az xəbər verir ki, Macarıstanın ZTE klubu ilə danışıqlar uğurla yekunlaşıb və Bense Varkonyi Ağdam təmsilçisinə transfer olunub.

Bu barədə "köhlən atlar"ın mətbuat xidməti məlumat yayıb.

Macarıstanlı mərkəz müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb. 24 yaşlı futbolçu 2029-cu ilin yayına qədər "Qarabağ"ın formasını geyinəcək.

MTK klubunun yetirməsi olan Bense karyerası ərzində bu klubun əsas komandası, həmçinin “Kozarmisleni”də də çıxış edib. O, Macarıstanın U-21 komandasında forma geyinib.

Qeyd edək ki, Bense Varkonyi yay transfer pəncərəsində "Qarabağ"ın yeddinci transferidir. Daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç və Renaldo Sefas Ağdam təmsilçisinə qoşulub.