Mahir Emreli Azərbaycandan 2 təklif aldı
15.07.2024 - 19:43
Zaqreb "Dinamo"sunun hücumçusu Mahir Emreli Azərbaycana qayıdır.
Apasport.az xəbər verir ki, 27 yaşlı forvardın "Qarabağ"a keçəcəyi gözlənilir.
Azərbaycan milli komandasının üzvü Ağdam təmsilçisi ilə bütün şərtləri razılaşdırıb. Transferin yaxın günlərdə rəsmiləşəcəyi bildirilir.
Azərbaycanın daha bir klubu Mahiri transfer etmək istəyib. Belə ki, "Sabah" təcrübəli hücumçunun xidmətində maraqlı olub. Lakin futbolçu "Qarabağ"da oynamağı üstün tutub.
Qeyd edək ki, Mahir Emreli 2015-2021-ci illərdə "Qarabağ"ın formasını geyinib. O, 2022-ci ilin fevral ayından "Dinamo"da çıxış edir.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhər stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar - YENİLƏNİB
- "Lion"da qadın prezident
- Voleybol üzrə ölkə kubokunun 2024/25 mövsümünün püşkü atılıb
- FİFA-da yeni layihə
- Rəcəbov və Məmmədyarovun FİDE reytinqində mövqeyi açıqlandı
0
0