“Bu mövsüm mənim üçün bir az ağır keçdi. İkinci yarıda özümü toparlaya bildim”.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli deyib.
Təcrübəli hücumçu AVRO-2024-ün seçmə mərhələsinin Estoniya ilə sabah keçiriləcək oyunu ərəfəsində təşkil olunan mətbuat konfransında matç haqda fikirlərini açıqlayıb: “İstər-istəməz son oyunda qazanılan nəticə də bizə yaxşı əhval-ruhiyyədə gəlməyə kömək oldu. Klubda vəziyyət yaxşı getməsə də, millidə var gücünlə oynamalısan. O psixologiya ilə də gəlmişəm. Sabah meydana çıxıb əlimdən gələni edəcəm".
Qeyd edək ki, sabah “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Estoniya qarşılaşması saat 20:00-da başlayacaq.
- "İmişli" "Karvan"ı 2 qolla keçdi, "Qəbələ" və MOİK-dən 3 xal - YENİLƏNİB
- AMADA Paris Olimpiadası ərəfəsində innovativ yanaşmalar tətbiq edir
- “Neftçi”nin əməkdaşları və veteran futbolçular qocalar evində olublar
- 9 idmançımız "Böyük Dəbilqə"də mübarizəyə başlayır
- Arda Turan “Şaxtyor”da iş başında: Komanda ilə görüşdü