“Oyuna pis başlamadıq. Qol epizodları yaratdıq”.
Apasport.az saytının məlumatına görə, bunu “Səbail”in baş məşqçisi Mahmud Qurbanov deyib.
Misli Premyer Liqasının IV turunun “Kəpəz”lə görüşündən sonra “CBC Sport”a açıqlama verən mütəxəssis oyun (4:1) barədə fikirlərini bildirib: “Əks-hücumda qol buraxdıq. Oyun pozuldu. Fasilədən sonra əvəzetmələrlə oyun dəyişdi. İkinci hissədə fərqli komanda gördük. Qırmızı vərəqə də kömək etdi. Futbolçulardan razı qaldım. Üç əvəzetmə ilə oyunu canlandırdıq. İkinci hissədə daha yaxşı oynadıq. Emil Balayevin kiçik zədəsi var. Ona görə də Hüseynəli Quliyevə şans verdik”.
- Zaur Həşimov: “Qarabağ” heyətinə görə əvvəlki illərdən daha zəifdir” - Müsahibə
- Argentina darmadağınla Finalissimanın qalibi oldu!
- "Barselona"nın istədiyi daha bir neçə futbolçu adı bilindi
- "Qarabağ" üçün şad xəbər: Qapıçı problemi həll oldu
- "Qarabağ"ın rəqibində maliyyə böhranı: 6 futbolçu satılacaq