Polşada keçirilən III Avropa Oyunlarında boksçuların mübarizəsi davam edir.
Apasport.az saytının məlumatına görə, yarışların üçüncü günüdə Azərbaycan millisinin heyətində ilk olaraq rinqə Malik Həsənov (63,5 kq) çıxıb.
Birinci döyüşündə polşalı Bartlomey Roskoviçə qalib gələn təmsilçimiz 1/8 finalda Din Klinsi (İrlandiya) ilə qüvvəsini sınayıb. Görüş rəqibin 3:2 (29:28, 29:28, 28:29, 28:29, 29:28) qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, bu gün daha 2 yığma üzvü yarışa qoşulacaq. Sərxan Əliyev (71 kq) Mixal Takacslə (Slovakiya), Məhəmməd Abdullayev (+92) Uğur Aydemirlə (Türkiyə) qüvvəsini sınayacaq.
- “Kəpəz”in futbolçusu Premyer Liqa klublarının hədəfinə düşüb
- “Araz-Naxçıvan”ın futbolçusu: “Bu nəticəni qazanan komanda zəif ola bilməz” - MÜSAHİBƏ
- UEFA prezidenti İlham Əliyevi təbrik etdi
- "Atletiko Madrid"in müdafiəçisi "Barselona"nın radarındadır
- “Araz-Naxçıvan” Premyer Liqada 25-ci qələbəsini qazanıb