“Mançester Yunayted” Evansa güvənir
24.08.2023 - 23:31

Conni Evans “Manchester Yunayted”ə dönə bilər.
Apasport.az saytı xəbər verir ki, “qırmızı şeytanlar” təcrübəli müdafiəçi ilə mövsümün sonunadək müqavilə bağlamaq niyyətindədir.
35 yaşlı futbolçunun hazırlığı baş məşqçi Erik Ten Haqda müsbət fikir oyadıb. “Mançester Yunayted”in yetirməsi olan Evans 2007-ci ildə komandada debüt edib. Son mövsümləri “Lester”də keçirən Con “tülkülər”in Premyer Liqanı tərk etməsindən sonra azad agent statusu alıb.
Qeyd edək ki, Evans 2022/23 mövsümündə bütün turnirlərdə 14 oyunda meydana çıxıb.
- ÇL: “Barsa”dan darmadağın, PSJ-dən inamlı qələbə - YENİLƏNİB
- Millimizin baş məşqçisi: "Hədəfimiz dünya çempionatının finalına vəsiqə qazanmaqdır"
- Rəşad Sadıqov: “Bu mövsüm məni ən çox razı salan oyunumuz idi” - VİDEO
- Azərbaycan millisinin seçmə mərhələ oyunlarının vaxtı bilindi
- Şahruddin Məhəmmədəliyev: “Məni sevib-sevmədiklərini özlərindən soruşa bilərsiniz” - Müsahibə
0
0