
“Mançester Yunayted” yay transfer pəncərəsində heyətinə yeni qapıçı qatmağı planlaşdırır.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa klubu İngiltərə millisinin qolkiperi Cordan Pikforda elçi düşüb.
David de Xea ilə müqaviləni uzatmağa yaxın olan “qırmızı şeytanlar” “Everton”un üzvünü alternativ variant hesab edir. İspaniyalı ilə danışıqlar müsbət yekunlaşmasa, onu Pikford əvəzləməlidir. “Everton”un Premyer Liqanı tərk etmək ehtimalı qapıçının komandadan ayrılmasına təkan verə bilər.
Qeyd edək ki, Premyer Liqanın turnir cədvəlində “Mançester Yunayted” 4-cü, “Everton” 17-cidir.
- İngiltərə 2035-ci ildə dünya çempionatına ev sahibliyi edəcək
- Azərbaycan Avstriyanı məğlub edib, qrup ikincisi oldu
- Boksçularımız Avropa birinciliyində 9 medal qazanıblar
- Qurban Qurbanov: Üç gün sonra "Səbail"lə oyunda nə qədər azarkeş olacağını görəcəyik"
- Messinin şərəfini qoruduğu komandalar fevralda qarşılaşacaq