Matça gəlməyən komandaya texniki məğlubiyyət verildi
20.12.2024 - 13:16
Azərbaycan 2-ci liqasında mübarizə aparan "Qusar" klubuna texniki məğlubiyyət verilib.
Apasport.az xəbər verir ki, AFFA İntizam Komitəsinin bugünkü iclasında bu haqda qərar açıqlanıb.
2-ci liqada 13-cü turun “Qusar” – “Şahdağ Qusar” oyunu meydan sahiblərinin matça gəlməməsi səbəbindən baş tutmayıb. Buna görə “Qusar”a 0:3 hesablı texniki məğlubiyyət verilib.
Klub həmçinin 300 manat cərimə edilib.
- Rusiya millisinin oyununu türkiyəli hakimlər idarə edəcək
- İslam Oyunları: İdmançılarımız bu gün iki növdə mübarizə apacaqlar
- Azərbaycanda ilk dəfə keçiriləcək Ne-vaza ACF Kubokuna hakimlərin hazırlığı üçün təlim keçirilib
- Alxasov mövsümdə 2-ci, tarixdə 29-cu oldu
- Salah transferində razılaşma əldə edildi
0
0