
“Qarabağ” Kevin Medinanın zədələnməsindən sonra müdafiəçi axtarışlarını daha da sürətləndirib.
Apasport.az saytına verilən məlumata görə, Ağdam klubuna 3 ay kömək edə bilməyəcək kolumbiyalının yoxluğunda legioner müdafiəçi transferi nəzərdə tutulub.
“Qarabağ” diqqətini daha çox Portuqaliya yüksək liqasında yarışan klubların müdafiəçilərinə yönəldib. Hazırda “Qarabağ” məşqçilərinin maraqlandığı futbolçular yüksək liqada mübarizə aparan ikinci “doqquzluq” klublarının müdafiəçiləridir.
Transfer baş tutmasa, “Qarabağ” Portuqaliyadan hansısa müdafiəçini ən azından altı aylıq icarə əsasında komandaya gətirəcək.
- Stolüstü tennis üzrə Azərbaycan birinciliyinin mükafatçıları bəlli oldu
- “Fənərbaxça” - “Beşiktaş” matçının baş hakimi müəyyənləşib
- Millimizin Gürcüstanla yoldaşlıq oyunları ləğv edilib
- Avropa Liqası: “Reyncers” və “Atletik” növbəti mərhələdə - YENİLƏNİB
- 17 oyunluq qələbə seriyası - “Vest Hem”dən rekord