Böyük Britaniyalı tennisçi Endi Marrey Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarından sonra karyerasını bitirəcək.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, idmançı Paris-2024-ün onun üçün sonuncu yarış olduğunu açıqlayıb.
37 yaşlı tennisçi olimpiadada iştirak edəcəyi üçün qürur duyduğunu deyib:
"Son tennis turnirim üçün Parisə gəldim. Olimpiada karyeramın ən yaddaqalan yarışıdır. Qürur duyuram ki, sonuncu dəfə olimpiadada iştirak edə biləcəyəm".
Qeyd edək ki, E.Marrey karyerası ərzində iki dəfə olimpiadanın və "Uimbldon" turnirinin, bir dəfə isə ABŞ açıq çempionatının qalibi olub.
- UEFA Ermənistan Futbol Federasiyasını külli miqdarda cərimələyib
- Şahmatçımız İndoneziyada beynəlxalq turnirin qalibi olub
- “Aris”in futbolçusu: “Neftçi” ilə meydanda işi bitirmək qalır”
- Harri Keynin milli komanda qərarı
- Qurban Qurbanovun qardaşı: "Dedi ki, gəl, səni "Qarabağ"a baş məşqçi qoyaq" - MÜSAHİBƏ