Messi "Barselona"ya qayıda bilər
04.11.2024 - 12:46

“İnter Mayami”nin hücumçusu Lionel Messi yenidən sabiq klubu “Barselona”ya qayıda bilər.
Apasport.az xəbər verir ki, bu barədə “Gol Digital” portalı məlumat yayıb.
37 yaşlı hücumçu 2026-cı ilin yanvarında Kataloniya klubuna keçə bilər. Messinin “İnter Mayami” ilə müqaviləsi 2025-ci ilin sonuna kimidir. O, sözləşməsi bitdikdən sonra “Barselona”ya qayıtmaq və 2026-cı ildə keçiriləcək dünya çempionatına yaxşı hazırlaşmaq istəyir.
Messi 2003-2021-ci illərdə “Barselona”nın formasını geyinib.
Argentinalı futbolçu bu mövsüm “İnter Mayami”də 24 oyunda 22 qol vurub, 13 məhsuldar ötürmə edib.
- “Ximki” Ayaz Quliyevə görə “Neftçi”yə qiymət “oxudu” - 700 min avro
- "Atletiko Madrid" PSJ-nin yarımmüdafiəçisi ilə maraqlanır
- AKAF prezidenti və Çad Olimpiya Komitəsinin baş katibi arasında görüş keçirilib
- İranda ilk dəfə qadın ədalət qoruyucusu hakimlər briqadasına daxil edilib
- "Barselona" meksikalı futbolçu ilə müqavilə imzaladı
0
0