Messi oynadı, komandası xal itirdi
                    
                    19.09.2024 - 10:38
                        
                    
                    Lionel Messinin formasını geyindiyi “İnter Mayami” MLS-də növbəti oyuna çıxıb.
Apasport.az xəbər verir ki, sözügedən komanda XXIX turda “Atlanta Yunayted”in qonağı olub.
4 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib – 2:2.
Lionel Messi bu görüşün iştirakçısı olub. O, ikinci hissədə meydana daxil olub və sona qədər oynayıb.
“İnter Mayami” 29 turdan sonra 63 xalla birinci sıradadır.
                                
                                0
                                
                                0