Meza Kolli Azərbaycana QAYIDIR
09.07.2024 - 13:48

Ötən mövsümü “Zirə”də keçirmiş Sezar Meza Kolli yenidən Azərbaycana qayıdır.
Apasport.az saytına verilən məlumata görə, paraqvaylı futbolçu bu dəfə “Araz-Naxçıvan”dan təklif alıb.
Hazırda tərəflər arasında danışıqlar davam edir. Sezar Meza Kolli maliyyə məsələsində Naxçıvan klubu ilə razılaşarsa, tərəflər arasında rəsmi müqavilə imzalanacaq. Sezarın “Araz-Naxçıvan”la bir illik müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, 32 yaşlı futbolçu “Çezena”, “Alaves”, “Pavia”, “Universitatya Krayova”, “Neftçi”, “Ohod”, “Zirə” klublarında oynayıb.
- Minifutbol üzrə ölkə çempionatında III tur başa çatıb - FOTO
- Əliyar Ağayevin final fiti - "Siti" qələbə qazandı - YENİLƏNİR
- Samir Musayev: “Qarabağ" sanki motor kimi idi - Müsahibə
- Azərbaycanlı funksioner Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsində fəaliyyət göstərəcək
- “Neftçi”nin əməkdaşları və veteran futbolçular qocalar evində olublar
0
0